BMT Kiprlə bağlı qeyri-rəsmi görüş keçirəcək

post-img

Birləşmiş Millətlər Təşkilatı iyulun 16-17-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında münaqişə tərəflərinin iştirakı ilə Kipr nizamlanmasına dair daha bir qeyri-rəsmi görüşün keçiriləcəyini açıqlayıb. Tədbir barədə gündəlik brifinqdə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Xəbəri “Anadolu” yayıb. 

“Bu görüşdə Kipr türkləri və yunanları, eləcə də qarant ölkələr Türkiyə, Yunanıstan və Böyük Britaniyanın nümayəndələri iştirak edəcəklər”, - Düjarrik bildirib.

O xatırladıb ki, bundan əvvəl belə bir görüş martın 17-18-də Cenevrədə baş katib Antonio Quterreşin himayəsi altında geniş tərkibdə keçirilib. Növbəti görüş isə  tərəflərə dialoqu davam etdirmək və mart ayından bəri əldə edilən irəliləyişi müzakirə etmək imkanı verəcək.

Mart görüşündə Kipr məsələsində mümkün yol xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Danışıqlarda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunan Kipr administrasiyasının rəhbəri Nikos Kristodoulides, Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis, həmçinin Böyük Britaniya Xarici İşlər Nazirliyi Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Doughty iştirak ediblər.

P.ƏMİRCANOV
XQ

Dünya