Suriya hava məkanını açıb

post-img

Suriya özünün hava məkanında iyunun 18-dən uçuşlara tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb. Bunun la bağlı qərar yerli vaxtla saat 10:00-da qüvvəyə minib. 

Məlumatı ölkənin Mülki Aviasiya İdarəsi bildirib.

Suriya tənzimləyicisinin bəyanatında deyilir: “Hava məkanı 18 iyun 2025-ci ildən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasından sonra çərşənbə axşamı səhər saat 10:00-dan normal vəziyyətinə qayıdaraq naviqasiya üçün yenidən açılıb”. 

P.ƏMİRCANOV
XQ

Dünya