İsveç ilk dəfə olaraq NATO sərhədlərini patrul etmək üçün Gripen qırıcılarını göndərib

post-img

NATO-nun ən yeni üzvü İsveç ilk dəfədir ki, Rusiya ilə mübarizə və alyansın sərhədlərini qorumaq üçün nəzərdə tutulan qırıcı təyyarəni göndərib. Çərşənbə günü altı "Jas 39 Gripen" qırıcı təyyarəsi NATO-nun hava müşahidə missiyasında iştirak etmək üçün Polşadakı Malbork aviabazasına eniş edib. Bu barədə "Business Insider" yazır.

Alyans qeyd edib ki, İsveç 2024-cü ilin martında NATO-ya qoşulduqdan sonra İsveç döyüş təyyarələri ilk dəfədir NATO-nun digər alyans üzvünün hava məkanından “təkmilləşdirilmiş hava polisi missiyasında” iştirak edir.

XQ

Dünya