Tramp sabah Putinlə danışacaq

post-img

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, martın 18-də Rusiya prezidenti Vladimir Putinlə danışacağını bildirib. 

XQ xəbər verir ki, Floridadan Vaşinqtona uçan təyyarədə jurnalistlərə açıqlama verən Tramp deyib: “Görək, çərşənbə axşamına qədər nə baş verir. Mən çərşənbə axşamı prezident Putinlə danışacağam. Həftə sonu çoxlu iş görüldü. Biz görmək istəyirik ki, bu müharibəyə son qoya bilərik, ya yox”.

Tramp Putinlə söhbət zamanı “ərazilər” və “enerji stansiyaları” məsələlərinin də qaldırılacağını bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya