Paşinyan dəmir yolunun açılmasını təklif edib

post-img

Yerevan dəmir yolunda hərəkətin blokdan çıxarılması üçün təkliflər göndərib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirdiyi brifinqdə bildirib. Məlumatı “Anadolu” verib. 

“Bu təklif Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasına aiddir, digər məsələlərlə yanaşı, Qərbi Azərbaycandan Naxçıvana Ermənistanın suveren ərazisi vasitəsilə və Yerasxdan Meqriyə qədər əlaqə üçün istifadə olunacaq”, - o qeyd edib.

Ermənistan hökumətinin başçısı hesab edir ki, bu yolla “iki ölkə beynəlxalq yük daşımaları üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək”.

 

P.ƏMİRCANOV

XQ

Dünya