Avropa İttifaqı Ukraynaya 3,5 milyard avro ayıracaq

post-img

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa İttifaqının (Aİ) mart ayında Ukraynaya 3,5 milyard avro yardım edəcəyini və enerji təhlükəsizliyinə dəstəyi artıracağını açıqlayıb. Bundan əlavə, Aİ Ukraynaya silah-sursat tədarükünü davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Ursula Fon der Lyayen Kiyevdə keçirilən beynəlxalq sammitdə bəyan edib.

Bu gün, 24 fevral 2025-ci il tarixində Kiyevdə Ukraynaya dəstək üzrə beynəlxalq sammit keçirilir və bu toplantıda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen mühüm bəyanatla çıxış edərək dünyanı Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Dünya