Avropa İttifaqı Ukraynaya 20 milyard avroluq yeni hərbi yardım paketi üzərində işləyir. "Bloomberg" mənbələrə istinadən xəbər verir ki, paketə Ukrayna hərbi briqadalarını gücləndirmək üçün artilleriya sursatları, hava hücumundan müdafiə sistemləri, dəqiq raketlər, pilotsuz uçuş aparatları və digər silahlar daxil olacaq.
Anonimlik şərti ilə danışan mənbələrə görə, Aİ gələn həftə xarici işlər nazirlərinin görüşəcəyi zaman təşəbbüslə prinsipial razılaşma əldə etməyə çalışır. Bundan sonra Aİ-yə üzv ölkələrin liderləri maliyyə detallarını təsdiq etməli və sazişi imzalamalıdırlar.
“Ukraynaya hər hansı yeni hərbi yardımı əngəlləmək niyyətini bəyan edən Macarıstanın mövqeyinə görə vaxt çərçivəsi dəyişə bilər, Almaniya isə seçkilərin keçirilməsi ilə bağlı daxili siyasi proseslərə görə qərarı gecikdirə bilər”.
S.ELAY
XQ