Türkiyə - Çin münasibətləri müzakirə olunub

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinin xarici işlər naziri Vanq İ ilə görüşüb. Məlumatı XQ “Anadolu” agentliyinə istinadən yayıb. 

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Fidan və çinli həmkarı Vanq İ Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində görüşüblər.

Görüş zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr müzakirə edilib, əməkdaşlıq imkanları qiymətləndirilib.

Görüş zamanı nazirlər Rusiya-Ukrayna müharibəsi, Suriya və Qəzza zolağı ilə bağlı vəziyyəti nəzərdən keçiriblər.

Xarici işlər nazirləri digər qlobal təhlükəsizlik məsələlərini müzakirə edib, beynəlxalq sabitliyə təhdidlər barədə fikir mübadiləsi aparıblar.

P.ƏMİRCANOV
XQ

Dünya