Uşakov: Rusiya və ABŞ-ın mövqelərinin yaxınlaşdığını söyləmək çətindir

post-img

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Rusiya və ABŞ-ın mövqelərinin yaxınlaşmasından danışmaq hələ tezdir. O, bu barədə jurnalistlərə çərşənbə axşamı Ər-Riyadda Rusiya və ABŞ arasında baş tutan danışıqlardan sonra deyib.

Məlumatı “Kommersant” verib. 

Rusiya prezidentinin köməkçisi jurnalistin sualını cavablandırarkən, “Hələlik bunu demək çətindir, lakin bu barədə söhbət olub”.

Bundan əvvəl Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər. Həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır, deyə o, əmin edib.

Uşakov məlumat verib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş çətin ki, gələn həftə baş tutsun. Onun sözlərinə görə, “konkret tarixlər haqqında danışmaq çətindir”.

P.ƏMİRCANOV

XQ

Dünya