ABŞ prezidenti Vaşinqtonun ticarət etdiyi ölkələrə qarşı “qarşılıqlı tariflərin” tətbiqinə hazırlıq haqqında memorandum imzalayıb. Trampın “ədalətsiz” və “ayrı-seçkilik” hesab etdiyi digər təcrübələr də nəzərə alınacaq.
2019-cu il hesabatında deyilir ki, 132 ölkədə və 600 min-dən çox mal mövqeyində Amerika ixracatçıları bütün halların üçdə ikisindən çoxunda daha yüksək tariflərlə üzləşirlər.
2024-cü ildə ABŞ-ın mal ticarətində kəsiri 1 trilyon dolları (962 milyard avrodan çox) ötüb.
Ağ Evin Oval kabinetində jurnalistlərə açıqlama verən Tramp ABŞ-ın müttəfiqlərinin ticarət məsələlərinə gəldikdə “çox vaxt düşmənlərimizdən daha pis davranması” faktını tənqid edib. AFP agentliyi xəbər verir ki, Tramp xüsusilə Avropa İttifaqını tənqid edib.
Memoranduma əsasən, ticarət əlaqələrinin nəzərdən keçirilməsi təkcə tariflərə deyil, həm də digər “ədalətsiz” və “ayrı-seçkilik” praktikalarına - subsidiyalara, Amerika şirkətlərinin xaricdəki fəaliyyətinin tənzimlənməsinə və vergilərə cavablara aid olacaq.
Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Lyayen fevralın 11-də Brüsseldə bildirmişdir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən polad və alüminium idxalına xüsusi rüsumların tətbiqinə Avropa İttifaqı qəti cavab verəcək: “Mən ABŞ-ın Avropadan polad və alüminium ixracına rüsumlar tətbiq etmək qərarına görə çox təəssüflənirəm”.
Xanım Lyayen əlavə ödənişləri qanunsuz və Avropa İttifaqına ziyan vuran adlandırıb. "Onlar cavabsız qalmayacaq və qəti və mütənasib əks tədbirlərə səbəb olacaq", - o vurğulayıb. AK rəhbərinin sözlərinə görə, Avropa İttifaqı öz iqtisadi maraqlarını qorumaq üçün fəaliyyət göstərəcək və öz ölkələrində işçilərin, şirkətlərin və istehlakçıların yanında yer alacaq.
S.ELAY
XQ