Belarusda keçirilən prezident seçkilərində seçicilərin 86,82 faizi hazırkı prezident Aleksandr Lukaşenkoya səs verib. Bu barədə yanvarın 27-də BelTA agentliyi məlumat yayıb.
“Hamıya qarşı” variantını insanların 3,6 faizi seçib. Bundan əlavə, Sergey Sirankov 3,21, Oleq Qaydukeviç 2,02, Anna Kanopatskaya və Aleksandr Xijnyak müvafiq olaraq 1,86 və 1,74 faiz səs toplayıblar.
Bu gün Moskva vaxtı ilə saat 11:00-da “Belarus Respublikası Prezidenti seçkilərinin ilkin nəticələri haqqında” respublika Mərkəzi Seçki Komissiyasının yekun mətbuat konfransı keçiriləcək.
P.ƏMİRCANOV
XQ