Böyük Britaniya Ukrayna ilə “100 illik tərəfdaşlıq sazişi” imzalayıb

post-img

Yanvarın 16-da Kiyevə gələn Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna prezidenti Vladimir Zelenski ilə müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayıb. “100 illik tərəfdaşlıq sazişi” Rusiyadan gələcək müdafiə də daxil olmaqla, təhlükəsizlik zəmanətlərinin təminatlarını ehtiva edir. Məlumatı “Euronews” verib. 

Keir Starmer deyib: “2025-ci ildə Böyük Britaniya Ukraynaya əvvəlkindən daha çox hərbi dəstək verəcək. Biz bu il artıq 3 milyard funt-sterlinq hərbi yardım ayırmışıq və geri qaytarılmayacaq 2,2 milyard funt-sterlinqlə cəbhə xəttini dəstəkləməyə davam edəcəyik. Bu məbləğ Ukrayna tərəfindən deyil, dondurulmuş Rusiya aktivləri üzrə faizlərdən qaytarılacaq”.

Starmer və Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra “ABŞ-ın dəstəyini azaltmağa başlaya biləcəyi ilə bağlı narahatlıqlar fonunda” Kiyevə əlavə hərbi yardımı nəzərdən keçirir.

P.ƏMİRCANOV
XQ

Dünya