Britaniyanın Liverpul və Aberdin hava limanları ağır yağış, daşqın və qar səbəbindən uçuşları dayandırmağa məcbur qalıb.
AZƏRTAC xəbər verir ki, Britaniyanın müxtəlif bölgələrində davam edən kəskin hava şəraiti nəqliyyatın vasitələrinin hərəkətinin pozulmasına və məktəblərin bağlanmasına səbəb olub.
Daşqın səbəbindən Peterboro və Lester arasındakı bütün dəmiryolu xətləri bağlanıb. Bu isə “CrossCountry” və “East Midlands Railway” qatar xidmətlərinə təsir edib. Çevrə Agentliyi 190 daşqın xəbərdarlığı yayımlayıb.
Qış fırtınası nəticəsində bir nəfər isə həyatını itirib. Şimali Yorkşir polisi bildirib ki, Aire çayı yaxınlığındakı daşqın sularından bir nəfərin cəsədi tapılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London