Venesuela yanvarın 6-da Paraqvayla diplomatik əlaqələri kəsib və oradakı diplomatlarını geri çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Venesuela öz suverenliyini tam şəkildə həyata keçirərək Paraqvay Respublikası ilə diplomatik münasibətləri kəsmək və bu ölkədə akkreditə olunan diplomatik heyətini dərhal geri çağırmaq qərarına gəlib”, - deyə sənəddə bildirilir.
Yanvarın 5-də Paraqvay Prezidenti Santyaqo Penya Venesuela müxalifətinin prezidentliyə namizədi Edmundo Qonsalesi dəstəklədiyini və onu iyulun 28-də ölkədə keçirilən prezident seçkilərinin qalibi kimi tanıdığını elan edib.
Qeyd edək ki, son seçkilərdə qələbə qazanan Nikolas Maduro yanvarın 10-da Venesuela Prezidenti kimi and içəcək və 2031-ci ilədək bu vəzifəni tutacaq.