Suriyanın yeni hakimiyyət orqanları Baas Partiyası rejimini devirmiş silahlı qruplaşmalarla özlərini buraxmaq və ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi altında birləşmək barədə razılığa gəliblər.
Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, rejimi devirən silahlı qüvvələrin komandirləri Suriyanın yeni administrasiyasının lideri Əhməd əl-Şara ilə görüşüb.
İclasda yeni administrasiya silahlı qruplarla “özünü buraxmaq və Müdafiə Nazirliyinin rəhbərliyi altında birləşmək” barədə razılığa gəlib.
Noyabrın 27-də “Həyat Təhrir əş-Şam”ın rəhbərliyi ilə rejim qüvvələrinə qarşı başlayan əməliyyatda çoxlu sayda hökumət əleyhinə silahlı qruplar iştirak edib.
P.ƏMİRCANOV
XQ