ABŞ Suriyadakı vəziyyətlə bağlı Türkiyə ilə açıq əlaqə kanallarını saxlamağa davam edir. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Patrik Rayder “Anadolu” müxbirinin yerli ərəb əhalisinin YPG terror qruplaşmalarına (PKK-nın Suriya qanadı) etirazları ilə bağlı ABŞ-ın mövqeyi ilə bağlı sualını cavablandırarkən deyib.
“Biz Suriyada vəziyyətin hazırda qeyri-sabit olduğunu qəbul edirik. ABŞ ordusu uzun illərdir ki, İŞİD-i məğlub etmək missiyasının bir hissəsi kimi, xüsusən də Əsədin devrilməsindən sonra SDQ ilə sıx əməkdaşlıq edir və bu, bizim diqqətimizdədir”, - Rayder bildirib.
Pentaqonun sözçüsü Suriyanın daxili siyasəti mövzusuna toxunmağı planlaşdırmadığını bildirib. “Mən SDF adından danışmayacağam və ya yerli sakinlərin nə deyə biləcəyini söyləməyəcəyəm” - deyib.
Bir müxbirin ABŞ-ın niyə NATO müttəfiqi Türkiyə ilə İŞİD terror təşkilatı ilə mübarizədə əməkdaşlıq etməməsi ilə bağlı sualına cavab olaraq Rayder deyib ki, Pentaqonun bu ölkə ilə “açıq ünsiyyət kanalları” var: “Türkiyə NATO-nun çox dəyərli müttəfiqidir və biz Suriyadakı vəziyyət və regional təhlükəsizlik maraqları, o cümlədən İŞİD-lə bağlı məsələlərlə bağlı açıq ünsiyyət kanallarını saxlamağa davam edirik”.
P.ƏMİRCANOV
XQ