Ciorcia Meloni: İtaliya Suriyadakı müvəqqəti hökumətlə dialoqa hazırdır

post-img

İtaliya Suriyadakı müvəqqəti administrasiya ilə dialoqa hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Deputatlar Palatasındakı çıxışı zamanı deyib.

“Əsəd rejiminin süqutu 10 ildən çox davam edən vətəndaş müharibəsindən sonra Suriya xalqının haqlı olaraq qeyd etdiyi yaxşı xəbərdir. Suriyada müvəqqəti administrasiyanı formalaşdıran qüvvələr fərqli köklərdən gəlir və əlbəttə, ölkənin gələcəyi ilə bağlı narahatlıq var. Suriyanın yeni hakimiyyətini onların hərəkətlərinə görə mühakimə edəcəyik. Həlledici amil onların etnik və dini azlıqlara, xüsusən də xristianlara münasibəti olacaq”, - deyə Baş nazir bildirib.

Ciorcia Meloni İtaliyanın Suriyanın paytaxtı Dəməşqdə səfirliyini açıq saxlayan G7-yə üzv yeganə ölkə olduğunu vurğulayıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Dünya