Türkiyə, çağırışlara baxmayaraq, Suriya Prezidenti Bəşər Əsəddən mövcud problemlərin ikitərəfli müzakirə edilməsi təklifinə müsbət cavab almayıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib. Məlumatı TASS verib.
“Xatırlayırsınızsa, biz daha əvvəl Əsədə müraciət etmişdik və Suriyanın gələcəyini birlikdə müəyyən etmək təklifini vermişdik”, - deyə Türkiyə lideri bildirib.
O əlavə edib ki, Suriyadakı müxalif qüvvələrin irəliləyişinin “problemsiz davam edəcəyinə” ümid edir. “Müxalifətin yürüşü davam edir. İdliblə bağlı hər şey aydındır. Homs müxalifətin əlindədir və biz onların Dəməşqə yürüşündən danışırıq. Region çətin vəziyyətdədir və bu yürüşlər bizim istədiyimiz kimi deyil. Biz, doğrudan da, belə olmasını istəmirik”, - deyə Ərdoğan Suriyadakı vəziyyəti və müxalif qüvvələrlə Suriya ordusu arasındakı qarşıdurmanı şərh edib.
P.ƏMİRCANOV
XQ