Bakıda “Sen Martində - Dünya standartlarına uyğun təhsili necə əldə etmək olar” adlı kitabın təqdimatı keçirilib

post-img

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans çərçivəsində “Sen Martində - Dünya standartlarına uyğun təhsili necə əldə etmək olar” adlı kitabın təqdimatı olub.

Tədbirdə “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell müəllifi olduğu nəşr haqqında geniş məlumat verib. Bildirib ki, kitab Sen Martində təhsilin mövcud vəziyyəti və inkişaf strategiyalarını əhatə edir. Nəşrdə dünya standartlarına uyğun təhsil sisteminin yaradılması üçün vacib addımlar qeyd olunub.

Rhoda Arrindell çıxışı zamanı həm Niderland, həm də ABŞ təhsil sistemində mövcud olan ciddi problemlərə də toxunub. O vurğulayıb ki, bu sistemlər əhalinin ehtiyaclarına tam cavab vermir, məktəblər növlərə ayrılır və şagirdlərin uğur səviyyəsi aşağıdır. Bu problemlər fonunda müəllif diqqəti bir sual üzərində cəmləşdirib: “Gələcəyin təhsili necə olmalıdır?” Müəllifin fikrincə, gələcək təhsil yalnız yaxşı qiymətlər almaq, məzun olmaq və iş tapmaq məqsədi daşımamalıdır. Təhsil sisteminin əsas məqsədi cəmiyyətin ümumi inkişafına töhfə vermək, hər bir fərdə potensialını reallaşdırmağa imkan vermək və daha yaxşı gələcək üçün hər kəsə bərabər şərait yaratmaq olmalıdır. Təhsil yalnız fərdi uğurlar üçün deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün təkmilləşdirilməlidir.

Sosial həyat