Macarıstanın Rusiyadan qazına alternativi yoxdur və Aİ liderlərinin ondan imtina etmək çağırışları siyasi təbliğatdırş Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto dekabrın 3-də parlamentin iqtisadi komitəsində keçirilən dinləmələrdə bildirib.
Məlumatı “İzvestiya.ru” verib.
“Rusiya qazını almamağımızda israr edənlər ya daha bahalı qazlarını bizə sataraq pul qazanmaq istəyirlər, ya da dünyanın bu hissəsində enerji nəqli xəritəsinin necə göründüyünü bilmirlər”, - deyə nazir Facebook sosial şəbəkəsindəki səhifəsində bildirib.
Siyarto ölkəsinin Rusiya qazını “Türk axını” boru kəməri və onun qolları ilə Bolqarıstan və Serbiya üzərindən aldığını diqqətə çatdırıb.
P.ƏMİRCANOV
XQ