Belausov KXDR-lə əməkdaşlığın dərinləşməsi barədə razılıq əldə edib

post-img

Moskva və Pxenyan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin ratifikasiyası iki ölkənin müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafında maraqlı olduğunu təsdiqləyir. Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla danışıqlar zamanı deyib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Belousov Şimali Koreya liderinə Rusiya Federasiyası ilə əlaqələrin dərinləşdirilməsinə sadiqliyinə görə minnətdarlığını bildirib.

“Bu gün Koreya tamamilə müstəqil xarici siyasət yürüdən azsaylı ölkələrdən biridir”, - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.

O, həmçinin KXDR liderinə “Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin dostluq salamlarını və xoş arzularını” çatdırıb.

Belousov qeyd edib ki, iki ölkə arasında dostluq və əməkdaşlıq “1945-ci ildə Koreyanın azad edilməsi zamanı, 1950-1953-cü illər Azadlıq müharibəsi zamanı gedən döyüşlərdə möhkəmlənib”.

Onun sözlərinə görə, Rusiya mayın 9-da Qırmızı Meydanda keçiriləcək hərbi paradda iştirak etmək üçün KXDR silahlı qüvvələrinin bölməsinin Moskvaya göndərilməsi ilə bağlı müsbət qərar gözləyir.

P.ƏMİRCANOV
XQ

Dünya