Qazaxıstan BRİKS-ə qoşulmaq üçün dəvət alıb

post-img

Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət alıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 7-də qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşündə bildirib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət alıb. Ümid edirik ki, bu, şahidi olduğumuz və yaşadığımız dəyişikliklər dövründə aktual qlobal problemlər üzrə əlaqələrimizi zənginləşdirəcək”, - deyə Lavrov bildirib.

Nazir həmçinin qeyd edib ki, Moskva ilə Astana arasında diplomatik münasibətlər yüksəlir, Rusiya prezidenti Vladimir Putinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə hazırlıq gedir.

P.ƏMİRCANOV
XQ

 

Dünya