Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı ABŞ-da keçirilən son prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Məlumatı “Anadolu” verib.
Türkiyə liderinin sosial media hesabındakı paylaşımda deyilir: “Çətin mübarizədən sonra ABŞ-da prezident seçkilərində qalib gələn və yenidən prezident seçilən dostum Donald Trampı təbrik edirəm”.
Dövlət başçısı seyib: “Amerika xalqının iradəsi ilə başlayan bu yeni dövrdə” Türkiyə-Amerika münasibətlərinin möhkəmlənəcəyinə, “regional və qlobal böhranların və müharibələrin, ilk növbədə Fələstin probleminə və Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq”.
Türkiyə prezidenti, həmçinin ümidvar olduğunu bildirib ki, “seçkilərin nəticələri ABŞ-ın dost və müttəfiq xalqına və bütün bəşəriyyətə fayda verəcək”.
P.ƏMİRCANOV
XQ