ABŞ Müdafiə Departamenti Ukraynanın təhlükəsizik və müdafiə ehtiyaclarını qarşılamaq məqsədi ilə əlavə təhlükəsizlik yardımı paketini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu, Bayden administrasiyasının 2021-ci ilin avqustundan indiyədək Ukraynaya 67-ci silah tədarüküdür. 425 milyon dollarlıq paket hava hücumundan müdafiə sistemlərini, hava-yer raketlərini, raket sistemlərini, artilleriya üçün döyüş sursatlarını, zirehli maşınları və tank əleyhinə silahları ehtiva edir.