Türkiyə ordusu İraqın şimalında üç gün ərzində 14 terrorçunu məhv edib

post-img

Türkiyə Hərbi Hava Qüvvələrinin oktyabrın 9-dan 11-dək İraqın şimalında PKK terror təşkilatının obyektlərinə endirdiyi hava zərbələri nəticəsində 14 terrorçu zərərsizləşdirilib.

AZƏRTAC bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumatda Türkiyə ordusunun terrorçuların yerləşdiyi bazalarda onların məhv edilməsi üzrə əməliyyatların davam edəcəyi vurğulanıb. Belə ki, Qara rayonunda 8 terrorçu, Xakurk bölgəsində isə 5 yaraqlı zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ilin əvvəlindən indiyədək türk hərbçiləri tərəfindən 2150-dən artıq terrorçu zərərsizləşdirilib. Eyni zamanda, onların əksəriyyəti İraqın şimalında məhv edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya