Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 14 ölkədən 46 komanda 3 alət üzrə bacarığını nümayiş etdirir.
Komandalarda 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançı “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində gücünü yoxlayır.
Ev sahibi Azərbaycanla yanaşı, Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç və İsveçin iştirak etdiyi Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.
Qeyd edək ki, “TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyə başlanılıb.