KXDR yaylım atəşli raket sistemləri üçün mərmiləri sınaqdan keçirib

post-img

KXDR yaylım atəşli raket sistemləri (MLRS) üçün 240 mm kalibrli mərmilərin sınaq atışını həyata keçirib. Bu barədə oktyabrın 9-da Koreya Mərkəzi Xəbər 

Agentliyinə (KCNA) istinadən “İzvestiya.ru” məlumat yayıb.

“Milli Müdafiə Akademiyası avtomatik atəş sisteminin etibarlılığını yoxlamaq və MLRS idarə olunan raketlərin maksimum 67 km məsafədə dəqiqliyini bir daha təsdiqləmək üçün sınaq atışları həyata keçirib”, - nəşr yazır.

Qeyd olunur ki, atışma Koreya hərbi sənaye kompleksi Mərkəzi Komitəsi şöbə müdirinin birinci müavini Kim Çen Sik, MK-nın şöbə müdirinin müavini Kim Yo Çen və Milli Müdafiə Akademiyasının prezidenti Kim Yonq Hvan tərəfindən idarə edilib. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya