Türkiyə vətəndaşları Livandan oktyabrın 9-da təxliyə ediləcək

post-img

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, müraciət etmiş Türkiyə vətəndaşlarının Livandan dəniz yolu ilə təxliyəsi oktyabrın 9-da təşkil olunacaq. Məlumatı “Anadolu” verib. 

Bununla əlaqədar oktyabrın 8-də Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəminin Beyruta yola düşəcəyi gözlənilir. “Gəmilərimizin ümumi tutumu təxminən 2 min sərnişindir. Təxliyə prosesi ilə bağlı ətraflı məlumat artıq konsulluğun zəng mərkəzinə müraciət etmiş vətəndaşlarımıza da çatdırılacaq”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, zəruri hallarda təxliyə əməliyyatları növbəti günlərdə də davam etdiriləcək: “Vətəndaşlarımızın Türkiyəyə gəlişi ilə bağlı ehtiyaclarını ödəmək üçün hazırlıqlar tamamlanıb. Bundan əlavə, təxliyə üçün ayrılan gəmilər Livana humanitar yardım da çatdıracaq”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya