Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 3-də rayon ərazisində bir nəfərin 380 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 20 yaşlı M.Qubatov, 21 yaşlı V.İbrahimov və iki yeniyetmə saxlanılmışdır.
Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən qrupun digər üzvləri, əvvəllər məhkum olunmuş 18 yaşlı F.Vəliyev və 21 yaşlı Ə.Həsənzadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Oktyabrın 5-də Yasamal rayonu ərazisində evlərin birindən 6000 manat oğurlanması barədə də polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Əzizov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ