Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının açılışında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu istiqamətdə də birgə reallaşdırmalı olan çoxsaylı imkanlar mövcuddur.