San-Fransiskoda keçirilən Türk festivalında ölkəmiz də təmsil olunub

post-img

ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində ilk dəfə olaraq Türk Festivalı keçirilib. Festivalda türk, qazax, türkmən, özbək, tatar xalqlarının nümayəndələri, eləcə də  uyğur türkləri öz mədəniyyətlərini nümayiş etdiriblər.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti festivalda Azərbaycanın mədəni irsini əks etdirən guşə yaradıb, ziyarətçilərə ölkəmiz haqqında geniş məlumat verib. 

Cəmiyyətin nəzdində fəaliyyət göstərən Azərbaycan Gənclər Rəqs Ansamblının üzvləri səhnədə milli rəqslərimizi ifa ediblər. Onların çıxışı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Anar ƏLİ
XQ

Dünya