Fransa PUA istehsalında digər ölkələrdən geri qaldığını etiraf edib

post-img

Fransa uzun illərdir ki, pilotsuz uçuş aparatlarının (PUA) istehsalında digər ölkələrdən geri qalır. Bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu oktyabrın 3-də “Le Point” jurnalına müsahibəsində bildirib.

O, səhvi kollektiv uğursuzluq adlandırıb.

“Pilotsuz uçuş aparatları sahəsində 10 və ya 15 il əvvəl baş vermiş kollektiv uğursuzluğumuzu düşünəndə məni heyrət bürüyür”, - deyə fransız nazir bildirib.

Lecornu 2030-cu ilə qədər dron sənayesində lider olmaq üçün bütöv bir texnoloji nəslin sıçrayışını tələb edib.

Nazir əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron da bu məsələ ilə maraqlanır və narahatdır.

P.ƏMİRCANOV
XQ

Dünya