İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Ev əlavə edib ki, ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf olunmasında iştirak edib.
Qeyd edilir ki, ABŞ İranın zərbəsi nəticəsində İsraildəki hərbi və ya strateji hədəflərdə hər hansı ölüm olması və ya zərər dəyməsi barədə məlumatlı deyil. Ağ Ev bildirib ki, ABŞ İranın İsrailə hücumunu ciddi eskalasiya hesab edir və mümkün müvafiq, növbəti addımları öyrənir.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.