İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Həqari bildirib.
Onun sözlərinə görə, İrandan ölkə ərazisinə raket hücumu artıq başa çatıb.
“İndiki mərhələdə biz İrandan əlavə təhlükələr müşahidə etmirik", - deyə o vurğulayıb.
Qeyd olunub ki, hücum zamanı İsrail hərbçiləri çoxlu müdaxilələr edib: “Hazırda ölkənin cənubunda bir sıra ərazilərdə dağıntılar var, biz hələ də vəziyyəti qiymətləndiririk”.