İsrail helikopteri Qəzzada qəzaya uğrayıb

post-img

İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. İnsident nəticəsində iki İsrail əsgərinin həlak olduğu, daha yeddi hərbçinin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması düşmən atəşi səbəbindən baş verməyib.

Dünya