Blinken yeni Ukrayna XİN başçısı ilə görüşü səbirsizliklə gözləyir

post-img

ABŞ dövlət katibi Antoni Blinken yaxın həftələrdə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə şəxsən görüşməyə ümid etdiyini bildirib. Xəbəri “İnterfaks.ru” verib. 

O, sosial şəbəkədə yazıb: “Mən yaxın həftələrdə onunla şəxsən görüşməyi səbirsizliklə gözləyirəm”.

Blinken Sibiqanın onunla “uzunmüddətli tərəfdaş” olduğunu qeyd edərək, “sələfi tərəfindən qurulan yaxşı işi və sıx əməkdaşlığı davam etdirəcəklərinə” əminliyini ifadə edib.

Sibiqa sosial mediada Blinkenlə “gözəl söhbət” etdiyini yazıb.

“Biz hərbi yardımın göstərilməsini sürətləndirmək, sülh formulunu təşviq etmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək yollarını müzakirə etdik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib və əlavə edib ki, o, “ümumi demokratik dəyərləri qorumaq üçün sıx əməkdaşlığa da ümid edir”.

P.ƏMİRCANOV
XQ

Dünya