BMT-nin baş katibi Antonio Quterreş cümə axşamı bildirib ki, Afrika BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır. Məlumatı “İnterfaks.ru” verib.
“Afrika qitəsinin hələ də Təhlükəsizlik Şurasında daimi kürsüyə malik olmaması çox qəribədir”, - deyə Quterreş 50-dən çox Afrika ölkəsinin də qatıldılğı Çin-Afrika Əməkdaşlıq Forumunda bəyan edib.
O vurğulayıb ki, qitənin məruz qaldığı “tarixi ədalətsizlikləri” düzəltməyin vaxtı çatıb. Eyni zamanda, o qeyd edib ki, region ölkələri borcdan əziyyət çəkir və borc yükünü yüngülləşdirmək yollarına çıxış imkanları yoxdur, onların davamlı inkişaf və maliyyələşdirmə üçün resursları yoxdur.
Quterreş Çinin iqtisadi uğurlarına, o cümlədən yoxsulluqla mübarizəyə diqqət çəkib və deyib ki, Çinin əldə etdiyi təcrübə və biliklər “qida sistemlərində və rəqəmsal kanallar vasitəsilə kommunikasiya sahəsində əsas transformasiyalara” kömək edə bilər.
P.ƏMİRCANOV
XQ