Türkiyə istehsalı olan ANKA III hücum PUA-sı aviasiya zərbə vasitələri ilə ilk uçuşunu həyata keçirərək, ölkənin gücü və qüdrətinin artdığını bir daha nümayiş etdirib. Bunu Türkiyənin aparıcı şirkətlərindən biri - aerokosmik müdafiə şirkəti TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu deyib. Məlumatı “Anadolu” verib.
O qeyd edib ki, ANKA III daha bir mərhələni keçib, TUSAŞ daha bir nailiyyətlə fəxr edir və hədəflərinə doğru irəliləməyə davam edəcək.
TUSAŞ Türkiyənin müdafiə sənayesinin yerli texnologiyaların gücü sayəsində sürətlə inkişaf etdiyinə diqqət çəkib: “Tamamilə müstəqil Türkiyəyə doğru gücümüzün və əzmimizin kulminasiyası olan ANKA III uğur ardınca uğur nümayiş etdirən həyəcan və qürur mənbəyidir”.
Mətndə TUSAŞ Türkiyənin təhlükəsizliyinə və müstəqilliyinin qorunub saxlanmasına töhfə verməyə davam edəcək.
P.ƏMİRCANOV
XQ