Narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 36 yaşlı Babək İsayev Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, B.İsayevdən tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
Həyata keçirilən digər tədbirlərlə isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Vidadi Fərəcov və Hikmət Quliyev saxlanılıblar. Onların Aşağı Nüvədi qəsəbəsi ərazisindəki otlaq sahəsində əkdikləri çətənə bitkiləri aşkarlanıb.
Araşdırmalar aparılır.