Türkiyə vətəndaşı BMT-nin Moldovadakı rezident əlaqələndiricisi təyin edilib

post-img

Türkiyə vətəndaşı Yeşim Oruc BMT-nin Moldovadakı rezident əlaqələndiricisi təyin edilib. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib. Məlumatı “Anadolu” verib. 

“Bizim yeni daimi koordinatorumuz var və bu, Moldovada yeni daimi koordinator kimi vəzifəsini icra edən türkiyəli Yeşim Orucdur”, – deyə Düjarrik bəyan edib.

O qeyd edib ki, Oruc inkişaf sahəsində 25 ildən artıq təcrübəyə malikdir.

Onun sözlərinə görə, Oruc əvvəllər Qayanada və Rumıniyada rezident əlaqələndirici, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Vaşinqton ofisində administrator müavini, BMTİP-in Albaniya üzrə meneceri  vəzifələrində çalışıb.

Oruc avqustun 23-də vəzifəsinin icrasına başlayıb. Yeşim Oruc Qahirədəki Amerika Universitetində Yaxın Şərqşünaslıq üzrə magistr dərəcəsi və Yel Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsinə malikdir.

P.ƏMİRCANOV
XQ

Dünya