Pakistanın Xayber-Paxtunxva, Pəncab və Sind əyalətlərində yağan güclü sel, daşqınlar və torpaq sürüşməsi nəticəsində insan tələfatı olub, təbii fəlakət bir sıra fəsadlar törədib.
Pakistan mətbuatının verdiyi məlumata görə təbii fəlakət nəticəsində son 24 sutka ərzində bu əyalətlərdə 24 adam həlak olub, iyul ayının sonundan bu yana isə təbii fəlakət nəticəsində ölkədə 209-dan çox adam həyatını itirib, yüzlərlə yaralının olduğu bildirilir.
Bu əyalətlərdə sel, daşqınlar və torpaq sürüşməsi nəticəsində 2 min 200-dən artıq ev dağıdıb və ya ciddi zədələnib, minlərlə adam evsiz qalıb.
Bu əyalətlərdə yollar və körpülər dağılıb, hökumət qüvvələri həyatın öz axarına düşməsi üçün iş aparır.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
İslamabad