Rusiya ilə ticarət Türkiyə sahibkarlarını Qərbin qəzəbinə gətirib. Bu barədə iqtisadi şərhçi Mustafa Rəcəb Ercin “RİA Novosti”yə müsahibəsində deyib ki, Qərb rəsmiləri Rusiya ilə ticarət əlaqələrinə görə türk iş adamlarını birbaşa hədələyirlər: “Təəssüf ki, sanksiyalar təkcə Rusiyaya deyil, Türkiyəyə də mənfi təsir göstərir”.
Ercin bildirib ki, Rusiyadan mal gətirən və oraya mal göndərən türk tacirləri bank hesablarının dondurulmasından tutmuş Qərb rəsmilərinin təhdidlərinə qədər bir çox problemlərlə üzləşirlər. Bu vəziyyət Türkiyənin Rusiya ilə ticarət dövriyyəsinin azalmasına gətirib çıxarır. Məsələn, son altı ayda bu ölkəyə göndərilən mal yarıbayarı azalıb. O deyib: “Qida sektoru istisna olmaqla, bütün sahələr sanksiyadan zərər görür. Dəri və dəri məmulatları sektoruna təsir daha çoxdur”.
PÜNHAN
XQ