Pakistanda terror aktları

post-img

İyulun 16-da Pakistanın Xayber-Paxtunxva əyalətinin Banu rayonunda 10 terrorçunun hərbi düşərgəyə hücumu nəticəsində səkkiz hərbçi ölüb, terrorçuların hamısı məhv edilib. 

Pakistan mətbuatının verdiyi məlu­mata görə, hücumu Pakistandakı “Ta­liban” hərəkatının “Xafiz Qul Baxadur” qruplaşmasının üzvləri törədib. 

Həmin gün əyalətin Dera İsmayıl xan rayonundakı tibb mərkəzinə hücum zamanı törədilən digər terror aktında isə 5 mülki vətəndaş, 2 tibb işçisi öldü­rülüb. Hadisə yerinə gələn hərbçilərdən 2-si atışmada həlak olub, 3 terrorçu sı­radan çıxarılıb. 

İkinci terror aktına görə məsuliyyəti hələ ki, regionda olan heç bir qruplaş­ma öz üzərinə götürməyib. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

İslamabad 

Dünya