İsrail Ermənistanla diplomatik münasibətləri pisləşdirə bilər

post-img

İsrailin Ynet nəşri yazır ki, Ermənistan hökumətinin Fələstin dövlətini tanımaq qərarı İsraili təəccübləndirmədi.

Üstəlik, bəziləri iddia edirdilər ki, Ermənistanın keçmiş Sovet İttifaqının digər ölkələri kimi Fələstin dövlətini hələ də tanımaması qəribədir.

İsrail mediası xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurası Fələstin dövlətini tanıyan bütün ölkələr üçün münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib.

Bundan əlavə, departament bu ölkələrin İsraildəki diplomatik nümayəndəliklərinin bağlanmasını və ya məhdudlaşdırılmasını tövsiyə edib. Nəticədə bu mövzu ətrafında müzakirələrin davam etdirilməsi qərara alınıb.

Bundan əvvəl Ermənistan xarici işlər nazirliyi bəyanat yayaraq, Fələstini dövlət kimi rəsmən tanıdığını bəyan edib.

Eyni zamanda, İsrail bəyan edib ki, Ermənistanın Fələstin dövlətini tanıması “Həmas və digər Fələstin qruplarından olan terrorçular və qatillər üçün bir mükafatdır” və İsrail ilə Ermənistan arasında münasibətlər üçün ciddi uzunmüddətli nəticələrə gətirib çıxaracaq.

S.ELAY

XQ

Dünya