Birləşmiş Ştatlar Tayvana ALTIUS 600M-V pilotsuz uçuş aparatlarının satışını təsdiqləyib. Bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin saytında məlumat verilib.
Departament bildirir ki, satış "alıcının təhlükəsizliyini artırmağa kömək edəcək və bölgədə siyasi sabitliyə, hərbi tarazlığa və iqtisadi tərəqqiyə dəstək verəcək".
Qeyd edilir ki, təsdiqlənmiş əməliyyatlar “ABŞ qanunlarına və siyasətinə uyğundur” və həmçinin ABŞ-ın “milli maraqlarına, iqtisadiyyatına və təhlükəsizliyinə” xidmət edəcək. İndi sövdələşmələr 30 gün davam edən Konqres tərəfindən təsdiqlənməlidir.
Çin Tayvanı öz ərazisi hesab edir. Çin prezidenti Si Cinpin ABŞ prezidenti Co Baydenə xəbərdarlıq edib ki, Tayvan məsələsi Pekin üçün qırmızı xəttdir. May ayında Çin üç ABŞ şirkətini Tayvana silah satmaqda etibarsız elan edib. Məhdudiyyətlər General Atomics Aeronautical Systems, General Dynamics Land Systems və Boeing Defence, Space & Security şirkətlərinə təsir edib. Onlara Çinlə idxal və ixrac fəaliyyəti həyata keçirmək və Çinə investisiya qoymaq qadağandır.
S.ELAY
XQ