AEBA Baş direktorunun müavini: Bugünkü fəaliyyətimiz planetin gələcək nəsillərinin gələcəyini müəyyənləşdirəcək

post-img

Hazırda biz tarixin dönüş nöqtəsindəyik və bugünkü fəaliyyətimiz planetimizin gələcək nəsillərin gələcəyini müəyyən edəcək. Heç bir təşkilat və xalq bu problemlə təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Bu səbəbdən biz səylərimizi birləşdirməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtarın iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına videomüraciətində yer alıb.

O bildirib ki, qlobal temperatur artımını məhdudlaşdırmağa nail olmaq ən aktual problemlərindən biridir. Son elmi hesabatlar dünyanın iqlim dəyişikliyi ilə bağlı qarşıya qoyduğu hədəflərə çata bilmədiyini göstərir. Bu, bütün Dayanıqlı İnkişaf Məqsədlərini risk altında saxlayır.

N.Moxtar vurğulayıb ki, iqlim dəyişikliyi sağlamlıq, qida sistemlərindən tutmuş iqtisadiyyata və ətraf mühitə qədər həyatımızın bütün aspektlərinə təsir edən bir problemdir.

Son xəbərlər