Süni intelekt təhlükə də saçır

post-img

Süni intellekt sahəsində ən uğurlu şəbəkələrdən biri ChatGPT-dir. O, süni intellekt texnologiyası olan GPT-3-ün törəməsidir və dili anlamaq qabiliyyəti ilə seçilir. Bu texnologiya sayəsində chatbot kimi məhdud cavablar əvəzinə, təbii dildə istifadəçilərlə əlaqə saxlayaraq düzgün cavablar verə bilir. Onun bu bacarığından elektron ticarətdə geniş istifadə olunur. Məsələn, istifadəçi məhsul haqqında sual verdikdə, ChatGPT dərhal düzgün cavabı verə bilir. Bu da istifadəçinin məhsulu almaq ehtimalını artırır.

ChatGPT, həmçinin bir çox müştəri xid­məti tapşırıqlarını yerinə yetirə bilir. İstifadə­çiyə geri qaytarma əməliyyatları və çatdırıl­ma statusu kimi məsələlərdə düzgün təlimat verərək e-ticarət saytının müştəri məmnuniy­yətini artıra bilir.

Bu sistem özünü müxtəlif sahələrdə də geniş biliyə malik real insan kimi aparır. Məsələn, Rusiya Dövlət Humanitar Universi­tetinin tələbəsi Alexander Jdan ChatGPT-dən istifadə edərək 23 saat ərzində diplom işini yazaraq uğurla müdafiə edib. 

ChatGPT şəbəkəsinin mənfi tərəfləri az deyil. O, müxtəlif əməliyyat sistemlərinin fərdi xüsusiyyətlərini və xüsusi zəiflikləri hə­dəf alan viruslar yarada bilir. Hazırda Chat­GPT-nin bu xüsusiyyəti daha çox informasiya təhlükəsizliyi mütəxəssisləri tərəfindən istifa­də olunur. Yəni ChatGPT-dən istifadə edərək gizli məlumatları əldə etmək mümkündür.

PÜNHAN
XQ

Dünya