Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 130 imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib.
Onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir. Əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər. Yollayışla təmin olunanlar “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcəklər.
Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 13800-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 1165 nəfəri şəhid ailələrinin üzvləridir.
M.Kamal
XQ