Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən XQ-yə bildirilib ki, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını BMT Baş katibinə çatdırıb.
Səmimi dialoq şəraitində keçən görüşdə dinlərarası dialoqa dair konstruktiv müzakirələr aparılıb.