Süni intellekt mirzəlik edir

post-img

Yazıçının ampluası həmişə sadə olmur. Bunun üçün vaxt, bilik, ilham lazımdır. Bu məsələdə yazıçılara neyroşəbəkələr–süni intellektin nəzarəti altında fəaliyyət göstərən qabaqcıl onlayn xidmətləri kömək edə bilər. Onlar kitabda süjet konturunu yaradır, başlıq seçir, mətnin bir fəslini və ya daha kiçik hissəsini yekunlaşdırır, personajın imicini inkişaf etdirməyə kömək göstərir. Kitaba realist səhnələr əlavə etmək də onların xidmətinə aiddir. 

İstənilən ölçülü və müxtəlif süjetli sənət əsərlərini yaz­maq üçün istifadə oluna bilən ən yaxşı neyroşəbəkələr­dən biri “AI Search” xidmətidir. Bu xidmət mövzu ilə bağlı məqalələr və ya kitab fəsilləri yazır, təsvir əsasında şəkillər yaradır, məqalələri yenidən yazır. Həmçinin, neyron şəbəkə hətta səsli video və ya audio ilə mətn yaza bilir. 

Rytr.me xidməti isə funksionallıq və yaradılan mətnin kifayət qədər yüksək keyfiyyəti (süjetin ətraflı təsviri ilə) ilə xarakterizə olunan süni intellekt alqoritmlərinə əsaslanır. Mətnlərin yaradılması zamanı AIDA və PAS modellərindən istifadə olunur. Eyni kontekstdə hekayənin bir neçə versi­yasını yaratmağı bacarır. Bunun üçün "Süjet" şablonunu seçmək, bir neçə cümlə yazmaq kifayətdir. Sonra neyron şəbəkə hekayəni daha ətraflı təsvir edəcəkdir.

Shortly.ai xidməti də maraqlı hekayələr yaratmaq üçün əla vasitədir. Bu neyron şəbəkənin özəlliyi ondan ibarətdir ki, o, böyük həcmli mətnlərin (bloq, kitab və ya digər tap­şırıq üçün) hazırlanması üzrə ixtisaslaşıb. Ancaq yenidən yazmaq kimi daha kiçik tapşırıqların öhdəsindən də gəlir. Onlayn xidmət mətni azaltmaq, genişləndirmək və ya dəyiş­dirmək üçün güclü funksiyaya malikdir.

Qeyd edək ki, süni intellektin köməyi ilə yazılmış bədii əsərlər bir çox müsabiqələrdə yer tutub. Pekin Tsinghua Uni­versitetinin professoru Shen Yang robotlar haqqında elmi fantastika romanı yazmaq qərarına gəldikdə, ilham üçün süni intellektə müraciət edib. 6 minə yaxın simvoldan ibarət roman (“Land of Memories”) Gənclərinin Populyar Elmi Fan­tastika Müsabiqəsində qalib olub.

Professor Filip M. Parker isə internetdən alınan məlu­matlardan istifadə edərək şablondan avtomatik olaraq kitab­lar yaradan “yazıçı” bot yaradıb. Parker iddia edir ki, onun proqramı artıq 200 mindən çox kitab “yazıb”. Onların arasın­da tibbi dərsliklər, iqtisadi kitabçalar, lüğətlər və hətta şeir kitabları var.

PÜNHAN
XQ

Dünya